Brüsseldə razılaşdığımız kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin çatdırılması üçün tam hazırdır.
"Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil" - Hikmət Hacıyev
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.
Bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək/imitasiyalı malların çatdırılmasını təşkil etmək möhtəkirlik, manipulyasiya və şantajdan başqa bir şey deyil.