Xəzər rayonu, “Şimal Dres” deyilən ərazinin Dəniz küçəsi 3 ünvanında yerləşən üçmərtəbəli yataqxana tipli yaşayış binası qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə qeyd edilən ünvandakı 48 mənzilli binanın sakinləri bildiriblər.
Onların sözlərinə görə, öz hesablarına dəfələrlə təmir etdirsələr də, hər dəfə binanın müxtəlif yerləri çökür. Bir neçə gün əvvəl isə ikinci mərtəbənin tavanı uçub.