Beş il əvvəl Əməkdar artist Aygün Bəylərin TV verilişlərdən birində söylədiyi - “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən”, - deyə səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib.
Bizim.media xəbər verir ki, sənətçi qonaq olduğu verilişdə məhkəməyə qədər uzanan məsələ ilə bağlı açıqlama verib.
Röya bildirib ki, təhqirlərə görə Bəyləri məhkəməyə versə də, lakin sonradan bu istəyindən vaz keçib:
“Verilişlərin birində məni təhqir etmişdi. Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi (Aygün Bəylər - red.).
Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.
Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf bizim onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi”.