Sumqayıtda şirkət direktoruna hücum olub. Xezerxeber.az xəbər verir ki, insident Bakı-Quba yolunun 20-ci kilometrliyində yük maşınları parkında qeydə alınıb. İnsident nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunur ki, hadisə avtomobil təmiri sexində bir müddət rəngsaz işləmiş şəxs tərəfindən törədilib.
Sözügedən hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.
İddialara görə, 39 yaşlı Elton Qurbanov, şirkət direktoru Malik Vəliyevin ofisinə gələrək, əvvəlcə onunla mübahisə edib. Sonra qəfil ona və ətrafdakı insanlara hücum çəkib.