“Mən doğulanda atam artıq narkotik istifadəçisi olmuşdu. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. Həyatım anamla həbsxanalara bağlama daşımaqla keçib”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində repçi Paster (Pərviz Quluzadə) deyib.
Uşaqlıq travmalarından danışan repçi qeyd edib ki, atasının həbsxanada ölməsi onun üçün böyük zərbə olub.
O, internetdə yayılan çılpaq şəkillərindən də bəhs edib: