Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Baş Prokurorluq icra başçısının qardaşı ilə bağlı mediaya çağırış etdi

1 219
Paylaş:
Baş Prokurorluq icra başçısının qardaşı ilə bağlı mediaya çağırış etdi

Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.

Bu barədə Pravda.az-a Baş Prokurorluqdan bildirilib.

“Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur”, - məlumatda qeyd olunub.

Xatırlatma: A.Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır.

Paylaş:

Ən son xəbərlər