Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda son sözünü deyərkən övladlarının nəzərə alınmasını istəyib.
Pravda.az bu barədə APA-ya istinadən xəbər verir.
Qeyd olunur ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə öncə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.
Vəkil çıxışında qeyd edib ki, İsgəndər Mehdiyev Rəşad Dağlıya küçə söyüşləri söyüb:
"Bu söyüşlərdən Rəşad affekt halına düşüb. Rəşad Dağlı məhkəmədə və istintaqda həmin anı xatırlamayıb. Mən dəfələrlə psixoloji ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verdim. Mənim iştirakım təmin edilmədi. Hadisə baş verəndən sonra özü təslim olub. Səmimi olaraq peşman olduğunu deyib. Atası və anası işləmir, övladları özəl məktəbdə oxuyurlar. Onun əməlində ağırlaşdırma halı yoxdur. Ona Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə bəraət verilməsini istəyirəm”.