Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Axşam.az-ın məlumatına görə, ifaçının qayınatası "Baku TV"yə açıqlama verib.
"Hadisədir, olub. Allah qapısını açsın. Allah ailəsinə səbr versin. İki körpə övladı, himayəsində xəstə ata, anası var. Özü könüllü gedib təslim olub. Dövlət tədbirlərində iştirak edib, xalqın sevimlisidir. Hər zaman gəncləri pis yoldan çəkindirməyə çalışıb. Rəşad heç vaxt cinayət törətməzdi. Nəsə bir boşluq olub. Allah qapısını açsın" deyə, o, açıqlamasında bildirib.