Dahi qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın sosial vəziyyəti yaxşı deyil.
Axşam.az xəbər verir ki, bu haqda tarzən Humay Qədimova məlumat yayıb. O bildirib ki, 68 yaşı olan Firəngiz xanımı ziyarət edib və onun durumu ilə maraqlanıb:
"Əliağa Vahid Azərbaycanın poeziyasına orta əsr qəzəl üslubunu yenidən gətirməklə tanıdıb. Onun yadigarı Firəngiz xanımla görüşdüm. Sosial vəziyyəti çox acınacaqlı durumdadır. İşsizdir, təkdir, evi çox pis və təmirsiz vəziyyətdədir".