Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

857
Paylaş:
Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib. 

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

Paylaş:

Ən son xəbərlər