Xəbər veriyimiz kimi, bu gün Prezident İlham Əliyev SOCAR-ın 5 vitse-prezidentini tutduğu vəzifədən azad edib. Vəzifəsini itirənlər araslnda SOCAR-ın uzun illərdən bəri vitse-prezidenti vəzifəsində çalışan Xalik Rəfi oğlu Məmmədov da var.
Demokrat.az xəbər verir ki, Qubad İbadoğlunun həbsindən sonra Xalik Məmmədovun da adı eyni şəbəkədə hallanırdı.