Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabiq direktor yol qəzasımda öldü - FOTO
Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Göbər kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə "Nissan" markalı minik avtomobili toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan "Nissan"ın sürücüsü ölüb. “VAZ” markalı avtomobilin sürücüsü və sərnişini ağır xəsarət alıblar. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən sürücü Bərdə rayon Mollalı kənd sakini Cəfərov Elnur Asif oğludur. O, əvvəllər Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət musiqi məktəbinin direktoru olub.Qafqazinfo