Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

1 788
Paylaş:
Nazirlik əməkdaşı tədbirdə infarkt keçirdi

Çinin Çendu şəhərində XXXl Ümumdünya Yay Universiadasında iştirak edən Azərbaycan idman nümayəndə heyətinin fotoqrafı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfovun səhhətində problem yaranıb.

Pravda.az xəbər verir ki, nümayəndə heyətinin rəhbərliyi tərəfindən təcili xəstəxanaya çatdırılan fotoqraf müayinə edilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub. Dərhal stendləmə ilə koronar angioplastika əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir, tezliklə xəstəxanadan buraxılacaq.

Paylaş:

Ən son xəbərlər