Xocalı qatili Vaqif Xaçaturyan 1996-1997-ci illərdə "Qarabağ müdafiə ordusunun komandanı” Samvel Babayanın sürücüsü olub. Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” nəşri yazıb.
Xaçaturyan bu şəxsin sürücüsü olub - FOTO
Qeyd edək ki, Vaqif Xaçaturyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.