BURADA REKLAMINIZ OLA
BİLƏR

İsa Qəmbər onlayn konfrans keçirəcək - Messenger qrupu yaradıldı

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı belə başlayır: "Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin." Müstəqillik Aktımızın qəbulundan 29 il, işğal faktından isə 100 il keçməsinə baxmayaraq bu gerçəyi tam anlamayanları başa salmağa yenə də ehtiyac var. Buna görə də Milli Strateji Düşüncə Mərkəzi növbəti tədbirini bu mövzuya həsr etmək qərarına gəlib. Beləliklə, MSDM-in ilk onlayn konfransı keçiriləcək".

Pravda.az-ın xəbərinə görə, mərkəzin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər deyib.

"Mövzu-"27-28 aprel işğalının 100-cü ili: təhlükə davam edirmi?",

Zaman-28 aprel 2020, saat 15:00-17:00,

Məkan-virtual (yeni yaratdığım messenger qrupu).

İştirak etmək istəyənlər burada və ya inboxda mənə yazsınlar. Qeyd edim ki, toplantılarımızı keçirdiyimiz Müsavat zalında 100-dən çox iştirakçı yerləşirdisə, yeni virtual məkanımızda hələlik 50-dən çox iştirakçı mümkün olmayacaq".

Tarix: 26 Aprel 2020, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin