Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, iyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.