Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyulun 31-də Füzuli rayonu ərazisindəki nəzarət postundan keçmək istəyən bir nəfərin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb. Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyən edilib.