Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Pravda.az-ın xəbərinə görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Pravda.az-ın xəbərinə görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.
Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb.
Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.Report