Xəbər verdiyimiz kimi, ötən gün sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. “Qafqazinfo” Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir ki, S. Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Belə ki, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb.