Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda dəmiryol stansiyası zibilliyə çevrildi – FOTO

3 710
Paylaş:
Bakıda dəmiryol stansiyası zibilliyə çevrildi –     FOTO

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalılıq” yaşayış massivindəki “Albalı” dəmiryol stansiyası xarabalığa çevrilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Bəxtiyar Hacıyev məlumat verib.

“Albalı (Vişnyovka) stansiyası. İllərdir qatar üzünə həsrət qalan, hazırda xarabalığı xatırladan, ətrafı zibilliyə dönən stansiya. Təəssüf. Maştağa ilə Buzovna qəsəbələri arasında yerləşən, ciddi nəqliyyat problemi olan Albalılıq yaşayış massivi sakinlərinin elektrik qatarlarına indi daha çox ehtiyacı var...” – B.Hacıyev bildirib.

Paylaş:

Ən son xəbərlər