Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Məhkəmə skripkaçının müğənni barəsindəki şikayəti ilə bağlı qərar verdi

928
Paylaş:
Məhkəmə skripkaçının müğənni barəsindəki şikayəti ilə bağlı qərar verdi

Skripka ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib. Axsam.az-ın əldə etdiyi məlumata görə, musiqiçi məhkəmədə uduzub. İfaçının müğənniyə qarşı iddiası rədd edilib.

Qərardan narazı olan N.Nuriyev isə apellyasiya məhkəməsinə müraciət edib. Növbəti iclas avqustun 23-də keçiriləcək.

Məsələ ilə bağlı V.Muradov açıqlama verib. O bildirib ki, qarşı tərəfin iddiaları əsassızdır:

“Qərar mənim xeyrimə çıxıb. O da narazıdır. Sona kimi gedəcək. Nə etməyə çalışır bilmirəm”.

Qeyd edək ki, Vüqar TV-də adını söyləməsə də, daha sonra KİV-ə müsahibələrinin birində - “Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim”, - deyib. Musiqiçi müğənnini məhkəməyə verərək, ondan 50 min təzminat istəyib.  

Paylaş:

Ən son xəbərlər