Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lənkəranda 88 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

602
Paylaş:
Lənkəranda 88 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Lənkəran rayonunun Ürgə kəndi ərazisində yerləşən “Shibagro” MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən su kanallarının mühafizə zolağında ağacların kəsilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, araşdırmalarla MMC-nin direktoru Xətai Babayevin göstərişi əsasında qeyd olunan ərazidə 88 ədəd müxtəlifcinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 18 min 880 manat ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər