Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Həyat yoldaşını öldürən “Bazarstore” un filial müdirinin məhkəməsi başlayır

766
Paylaş:
Həyat yoldaşını öldürən “Bazarstore” un filial müdirinin məhkəməsi başlayır

Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki gözəllik salonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. News24.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Leyla Məmmədovanın icratına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 11-nə təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən gözəllik salonlarından birində qeydə alınıb. 1980-ci il təvəllüdlü İ.Yusifov ondan boşanmaq istəyən həyat yoldaşı, 1986-cı il təvəllüdlü Aygün Yusifovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, cütlüyün birgə nigahdan 3 azyaşlı övladı var.

Qətl hadisəsini törətməkdə şübhəli bilinən İ.Yusifov həbs olunduğu günə qədər Lənkəranda yerləşən “Bazarstore” supermarketinin müdiri vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər