Paytaxt Bakıda hələ də köhnə, tez-tez sıradan çıxan, yolda qalan, ekologiyanı korlayan avtobuslara rast gəlinir. Xezerxeber.az xəbər verir ki, 67 saylı xətt üzrə fəaliyyət göstərən 90-MO-165 qeydiyyat nişanlı avtobusun görüntüsü metronun “Nərimanov” stansiyası yaxınlığında qeydə alınıb.
Görüntülər bir neçə gün əvvəl qeydə alınsa da, məsələ bu gün də öz aktuallığını qoruyur.
67 saylı marşrut xəttinə buraxılan bu avtobuslar təxminən 2013-cü ildən istismar olunur.
Avtobusu idarə edənlər arasında nəqliyyat vasitəsinin tüstüləməsi ilə bağlı sorğu aparılan zaman sürücülərin birinin qeyri-adi cavabı hər kəsi təəccübləndirib: