Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirildi

626
Paylaş:
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirildi

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

Paylaş:

Ən son xəbərlər