ABŞ Prezidenti Donald Tramp Səhiyyə naziri Aleks Azarın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, o, öz "Twitter" səhifəsində bu barədə açıqlama verib.

Tramp həmin məlumatları təkzib edərək “saxta xəbər” adlandırıb: “Aleks işinin öhdəsindən əla gəlir”.

Onun sözlərinə görə, məlumatı yayan KİV nümayəndələri öz oxucularının təsəvvüründə “xaos və iğtişaşlar” yaratmağa çalışır.