Sinqapur Texnologiya və Dizayn Universitetinin alimləri COVID-19 infeksiyasının bitməsi ilə bağlı proqnozlar verib.
Pravda.az-ın xəbərinə görə, alimlər bir neçə ölkədə koronavirus infeksiyasının bitmə tarixini açıqlayıblar. Siyahıda ilk Hindistan qeyd edilib. Bildirilib ki, burada virus 21 maya qədər 97 faiz azalacaq.
Sinqapurda isə koronavirus mayın 5-nə qədər 97 faiz azalacaq, iyunun 4-də isə bitəcək.
ABŞ-da COVID-19 mayın 11-də 97 faiz, İtaliyada mayın 7-nə kimi 97 faiz az olacaq.
Koronavirus İranda mayın 10-da, Türkiyədə 15-də, Böyük Britaniyada 9-da, İspaniya və Fransada mayın 3-də azalacaq. Alimlər qeyd ediblər ki, Almaniyada virusun bitməsi aprelin 30-da, Kanada da isə mayın 16-da gözlənilir.
Alimlər onu da vurğulayıblar ki, COVID-19 bütün dünyada dekabrın 8-də 100 faiz bitəcək.
Hesablamalar hazırda ölkələrdə koronavirusla bağlı olan yoluxmalar və sağalmalarla bağlı rəqəmlərə əsasən aparılıb.Axşam.az
Koronavirus nə vaxt bitəcək? - Alimlər açıqladı