Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsində bəzi məqamlar üzə çıxıb.
Pravda.az xəbər verir ki, bu barədə jurnalist Orxan Rasifoğlu sosial şəbəkədə paylaşım edib.
Belə ki, tanınmış meyxanaçı ilə zərərçəkmiş şəxsin hüquqi varisi və digər ailə üzvləri ilə barışıq olub. Onların Rəşad Əmirovdan heç bir şikayəti və tələbi olmayıb.