Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Xalq artisti İlhamə Quliyevaya həsr olunan buraxılışda bacısı Gülbahar Quliyeva, Əməkdar artist Elza Seyidcahan, müğənni Əli Mirəliyev onunla bağlı xatirələrini bölüşüblər.
Mərhum müğənninin Flora Kərimova ilə qalmaqallarından danışan Ə.Mirəliyev qeyd edib ki, İ.Quliyeva ömrünün sonuna yaxın F.Kərimovanın ondan daha yaxşı oxuduğunu qəbul edib.