Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Naxçıvanda yeniyetmə qaçırdığı maşınla qəza törədib

662
Paylaş:
Naxçıvanda yeniyetmə qaçırdığı maşınla qəza törədib

Avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər