“Xankəndində olan ermənilər sosial media hesablarında bu gün saat 15:00-da Xankəndindən Laçın istiqamətində avtobuslarla "Həkəriyə dinc yürüş" adı altında hərəkət edəcəklərini və aksiya keçirəcəklərini yazıblar. Separatçılar bütün variantları yoxlayıb, sınaqdan keçirirlər ki, öz məkirli niyətinlərinə nail olsunlar. Ancaq,buna Azərbaycan əsgəri imkan verməyəcək. Bundan əvvəl "Ermənistanın humanitar yardım şousu"nun müəyyən Qərb dairələrinin və Rusiyanın drijorluğu ilə icra olunduğunu qeyd etmişdim. Həmin şounun yarımçıq qaldığını və onlar üçün hər hansı bir nəticənin olmadığını görüncə davamı olaraq bu gün növbəti təxribatı törətməyə niyyətləniblər”.
Separaçılar bu gün növbəti təxribata hazırlaşır
Bu sözləri Pravda.az-a açıqlamasında qazi Ülvi Qədir deyib.
“Ötən 9 gün ərzində Qarabağda müvəqqəti yerləşən Rusiya hərbi kontingentinin rəhbəri dəfələrlə Azərbaycan tərəfinə dırnaqarası humanitar yardımla bağlı müraciətlər edib. Ancaq bu, heç nəyi dəyişməyəcək. Çünki bir neçə gün öncə ərazilərimizdə müvəqqəti yerləşən məhz Rusiya "sülhməramlılarının" müşaiyəti ilə separatçıların Qarabağda hərbi maşınlarda silah-sursan daşındığını müşahidə etdik və zaman-zaman da bunu görmüşük. Əgər məqsəd humanitar yardımdırsa, bu yardımı Ağdam - Xankəndi yolu ilə də aparmaq olar. Bu bir daha onu göstərir ki, növbəti təxribatın baş verməsi məhz "sülhməramlı kontingent"in və Avropadan olan müəyyən dairələrin növbəti oyunudur. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son açıqlamasında müəyyən məqamları üstüörtülü qeyd etdi. Ancaq dedikləri ilə əməlləri üst-üstə düşməyən Rusiyanın məqsədi dəyişməz olaraq qalır: vaxtı uzatmaq, iki il sonra tamam olacaq beş ili artırmaq və nəticə olaraq Cənubi Qafqazda xüsusilə də Qarabağda öz mövcudluğunu quruyub-saxlamaq. Əgər separaçıların bu gün təxribat yürüşü baş tutarsa, yəni ərazilərimizdə müvəqqəti yerləşən Rusiya "sülhməramlıları" buna imkan verəcəklərsə, təklif edirəm ki, Laçın sərhəd-keçid məntəqəsinə gəlmişkən sərhədçilərimiz onlar üçün şərait yaratsınlar, elə oradan da çıxıb getsinlər Ermənistana...”