Mediada yayılan məlumatlarda dünən – avqustun 2-dən Xankəndində Ermənistanın Qarabağa “humanitar yardm” şousuna dəstək vermək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” hazırlandığı bildirilir. Bunun üçün artıq şəhərin “dirçəliş” meydanında avtobusların da düzüldüyünü əks etdirən fotolar paylaşılıb.
Moderator.az erməni mənbələrindən separatçı-revanşistlərin hazırladığı təxribatçı aksiya barədə əlavə məlumatlar da əldə edib.
Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş “dəhlizin blokadasını açmaq uğrunda xalq hərəkatı” adlanan qanunsuz qurumun təşkil etdiyi təxribat üzərinə ingilisə “Həkəri körpüsünə sülh yürüşü” yazılmış avtobuslarla həyata keçiriləcək.