Gürcüstanda koronavirusa 10 yeni yoluxma faktı təsdiqlənib.
Koronavirusa yoluxanların sayı yenə artdı
Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 496-ya çatıb. Onların 149-u sağalıb, 6-sı isə dünyasını dəyişib. Karantində 4 833, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.Report