QHT cameəsində onu rəhbərlik etdiyi cəmiyyətin möhürünü cibində gəzdirib bir-birinin ardınca saxta medallar təsis edərək daim satmağa adam, idarə, müəssisə, təşkilat sorağında olduğu üçün “Medal Müşfiq” ləqəbi ilə tanıyırlar.
Son vaxtlar bu saxta medalların sırasına “Qayğıkeş” medalı da əlavə olunub. Bu medalın əvvəlkilərdən “prestij fərqi” odur ki, vəd edilir ki, onu yaxasında gəzdirənlərə gələcəkdə hər ay maaş da veriləcək, ona görə bu medalı əldə etməyə tələsmək lazımdır, sonra tapılmaya bilər. Demokrat.az-ın redaksiyasına daxil olan məlumatlar Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev barədə internetdə bir qədər axtarış aparmağa vadar etdi.
Qarşımıza çıxan ilk xəbər Müşfiq Əliyevin jurnalistləri hədələyən açıqlamaları oldu: ““Qayğı” sədri: “Həmin şəxsi tapıb, sürüyəcəyəm”” (https://yenisabah.az/hemin-sexsi-tapib-suruyeceyem-qaygi-sedri).
Heç demə, Müşfiq Əliyevi özündən çıxaran o olub ki, payladığı vizit kartların sosial mediada gülüş obyektinə çevrilməsi barədə müxbirlərdən biri ona sual ünvanlayıb. Vizit kartlarının üstündə Müşfiq Əliyev həm öz e-mailini, həm də e-mailinin parolunu yazıbmış.

“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam” – bu da Müşfiq Əliyevin özü barəsində qənaətidir.