“44 günlük müharibə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin və kütləvi etnik təmizləmə aparmasının nəticəsində yaranan azadlıq müharibəsi idi”.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın səsləndirdiyi fikirlərə cavab olaraq Tvitterdə yazıb.