Sünnət əməliyyatı edilərkən cinsiyyət orqanı zədələnən uşağın atası Baku TV-yə açıqlama verib.
Səkkiz yaşlı M.S.-in valideyninin sözlərinə görə, övladı sünnət əməliyyatı olunduqdan sonra artıq doqquz aydır ki, əziyyət çəkir.
“Əməliyyatdan sonra bir gün palatada qaldı. Sonra götürüb evə gəldim. Uşaq qanın içində idi. Həkimə məlumat verəndə narahatlığa əsas olmadığını dedi. Üç gün sonra uşağın sarğısı düşdü, gördüm ki, həkim yanlış əməliyyat edib, cinsiyyət orqanını lazer aparatı ilə yandırıb”.