Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanıldı

824
Paylaş:
Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanıldı

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər