“İş xanımı idim. Tikinti ilə bağlı işlərlə məşğul olurdum. Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Mən peşəkar iqtisadçıyam”.
Pravda.az xəbər verir ki, bu sözləri “Vicdan Haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə yaddaşlarda həkk olunan Gəncə Dövlət Akademik Teatrının aktrisası Çimnaz Sultanova ATV-də yayımlanan “Üçümüz” axşam şousunda qonaq olarkən deyib.
Proqramın aparıcısı Elcan Rəsulovun Ç.Sultanovaya ünvanladığı “Bina tikirdiniz?” sualına aktrisa yarızarafat, yarıciddi cavabı ilə tamaşaçıların üzünü güldürüb:
“Bina tikmirdim, ev yıxırdım (gülür). Kimsə tikir, Çimnaz isə yıxır. Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər”.