Ədliyyə Nazirliyi təqdim etdiyimiz siyahının yoxlanmasını başa çatdırıb. Bu barədə bizə yazılı cavab məktubu təqdim edilib. Bir sıra xırda və texniki çatışmazlıqlar var.
Pravda.az-ın xəbərinə görə, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
“Ümumilikdə Gələcək Azərbaycan Partiyası mövcud “Siyasi Partiyalar haqqında” qanunun tələbinə uyğun olaraq Ədliyyə Nazirliyinə partiya üzvlərinin 5073-nün reyestrə məlumatlarını təqdim edib. Məlum reyestr məlumatları Ədliyyə NazirliYİ tərəfindən təhlil edilmiş, dəqiqləşdirmələr aparmış və ortaya belə nəticə çıxmışdır:
- 3224 nəfər onlara Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən edimiş zənglər nəticəsində Gələcək Azərbaycan Partiyasının üzvü olduqlarını rəsmən təsdiq edib;
- 687 nəfərin məlumatları reyestrə işlənən zaman partiyamızın işçi qurupunun üzvlərinin səhvi nəticəsində doğru işlənilməmiş, nəticədə Ədliyyə Nazirliyi bu şəxslərin şəxsiyyətini müəyyən edə bilməmişdir;