Bakıda axtarışda olan şəxs metroda saxlanılıb.
Bakıda axtarışda olan şəxs metroda saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.