İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Aytac Hikmət qızı Mayılova və yaşıdı, rayonun Kürdmaşı kənd sakini Ağaverdi Tofiq oğlu Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.
Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020) 285-11-89 (şəhər), (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.