Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.