Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Mənzildən 34 minlik qızıl oğurlayan qadın ələ keçdi

732
Paylaş:
Mənzildən 34 minlik qızıl oğurlayan qadın ələ keçdi

Bakıda mənzildən 34 min 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 min 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər