İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb.