Bakıda 4 şirkətə rəhbərlik edən sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi 300 min manata yaxın vergi borcu olan Eyvazov Nazim Vasif oğlu barəsində iddia qaldırıb.
Sahibkar Nazim Eyvazovun Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna da borcu olması müəyyənləşib.