Zaqatalada bir yaşlı uşağın əli ətçəkən maşında qalıb.
Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, bir yaşlı Ayxan Kazım oğlu Vəliyevin sağ əli ətçəkən maşında qalıb. Körpənin əlini ətçəkən maşından çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasedicilərdən ibarət qrupu cəlb edilib.