"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi ki, meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım". Pravda.az Publika.az-a istinadla xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib.
O bildirib ki, nə özü, nə də əri Aydının meyxanaçı olmağını istəməyiblər: