Rusiya Federasiyasının Baş Prokurorluğu ilə qarşılıqlı beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Rusiyada rüşvət alma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş, həmin ölkənin vətəndaşı 1978-ci il təvəllüdlü Taukin Danil Pavloviçin verilməsinə dair Rusiya Federasiyasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.