Bakıda dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, “Avro Qrand” şirkətinin rəhbəri olan X.Cəfərov Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillərin açarları sahiblərinə verilməyib.
Belə ki, X.Cəfərov həmin mənzilləri bir neçə şəxsə satıb.