Bakıda “işığı söndürün, həyatım tort üfürəcək” plakatını tuneldən asan şəxs həbs edilib. “Qaynarinfo”nun məlumatına görə, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Taleh Rayiz oğlu Cəbiyev xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə “işığı söndürün, həyatım tort üfürəcək” və digər sözlər yazılmış pankart hazırlayaraq, “Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib.